İndoneziyada partlayışlar: 9 ölü, 40 yaralı

İndoneziyada partlayışlar: 9 ölü, 40 yaralı
  13 May 2018    Oxunub:1185
İndoneziyanın Yava adasında iki kilsədə partlayış törədilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 9 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında iki polis əməkdaşı da var.

Məlumata görə, birinci partlayış saat 07:15-də Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.

Dindar libasında kilsəyə daxil olan terrorçular dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.

AzVision.az


Teqlər: İndoneziya   Kilsə   Partlayış  



Xəbər lenti