İsrail Türkiyənin baş konsulunu ölkədən çıxarır

İsrail Türkiyənin baş konsulunu ölkədən çıxarır
  16 May 2018    Oxunub:1221
İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qüdsdəki baş konsulunu ölkəni tərk etməyə çağırıb.
AzVision.az “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrail XİN-in nümayəndəsi bildirib.

“Baş konsula müəyyən müddət ərzində müşavirələrin aparılması üçün Türkiyəyə qayıtması təklif olunub”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN İsrailin Ankaradakı səfirinə ölkəsinə qayıtması barədə göstəriş verib.

AzVision.az


Teqlər: İsrail   Türkiyə   Konsul  



Xəbər lenti