Eyni zamanda, bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublika olduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunub.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyi dövründə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə və dünyada ABŞ-dan da öncə qadınlara seçki hüququnun verilməsini təmin edib.
Qeyd olunub ki, Sietl şəhərində və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirlər. Sietl şəhəri Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda apardığı mübarizəni qeyd etməyə çağırır və ən xoş arzularını bildirir.
Sietl şəhərinin administrasiyasi burada yaşayan Azərbaycan icmasını dəyərləndirdiyini və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, bəyannamə Sietl şəhərinin meri tərəfindən orada yaşayan Azərbaycan icması və Vaşinqton Universitetinin azərbaycanlı tələbələrinin dəstəyi nəticəsində təqdim olunub.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


