Ermənistan XİN-də Qarabağ müzakirəsi

Ermənistan XİN-də Qarabağ müzakirəsi
  18 May 2018    Oxunub:1617
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.

AzVision.az erməni KİV-lərinə xəbər verir ki, Kasprşik Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirilmiş görüşün nəticələri barədə Ermənistanın XİN rəhbərinə məlumat verib.
Mnatsakanyan Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyib, bu kontekstdə əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsini vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək iş proqramları barədə fikir mübadiləsi aparıblar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: XİN   Qarabağ   ATƏT  



Xəbər lenti