ABŞ-da 9 şagird, 1 müəllim öldürülüb - (Yenilənib)

ABŞ-da 9 şagird, 1 müəllim öldürülüb -  (Yenilənib)
  19 May 2018    Oxunub:2722
ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində yerləşən məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 9-u şagird, 1-i müəllimdir. Atışma nəticəsində 10 nəfərin ağır yaralandığı bildirilib. Hadisəni törədən şəxs saxlanılıb.

***
(19:44)

ABŞ-ın Texas ştatında silahlı insident baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Santa-Fe şəhərində yerləşən məktəbdə baş verən hadisə nəticəsində 8 nəfər ölüb.

Yaralıların sayı barədə məlumat verilməyib. Ölü sayının artacağı istisna edilmir. Şagirdlərin bir hissəsi ərazidən təxliyyə olunub. İnsidentin təfərrüatları hələlik məlum deyil.

AzVision.az


Teqlər: ABŞ   Məktəb  



Xəbər lenti