25 yaşlı qızın mədəsindən 106 kapsul narkotik çıxdı

25 yaşlı qızın mədəsindən 106 kapsul narkotik çıxdı
  21 May 2018    Oxunub:1559
Mayın 14-də İndira Qandi Beynəlxalq Hava Limanında bildiriş əsasında saxlanılan 25 yaşlı braziliyalı qadının mədəsində heroinlə doldurulmuş 106 kapsul aşkar edilib.
AzVision.az “Hindustan Times”a istinadən xəbər verir ki, qadının mədəsindəki kapsulların Safdarjung xəstəxanasında mayın 20-dək davam edən işlətmə müalicəsi isə boşaldıldığı bildirilir.

Narkotiklərlə mübarizə üzrə polis bölməsi bunun bir insandan indiyədək çıxarılan ən yüksək kapsul sayı olduğunu açıqlayıb.

930 qram çəkisindəki kapsulları San Pauloda udduğu bildirilən qadın, narkotiki Yeni Delhidə bir nigeriyalıya təvhil vermək tapşırığı alıb. Kapsulların veriləcəyi nigeriyalının tapılması üçün polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:



Xəbər lenti