Dəməşq İŞİD-dən tam azad edildi - 7 ildən sonra
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya hökumət qüvvələri terrorçuların Əl-Həcr-əl-Əsvad məhəlləsindəki sonuncu müqavimət məntəqəsini məhv edib.
Bundan əvvəl Suriya ordusu fələstinli qaçqın düşərgələrinin yerləşdiyi Yarmuk məntəqəsini də İŞİD-dən azad edib. Əl-Həcr-əl-Əsvad və Yarmuk Dəməşqin terrorçuların əlində olan yeganə hissələri idi.
Azad olunmuş rayonlarda hazırda hökumət qüvvələri yaşayış evləri və tunellərdə axtarış-əməliyyat tədbirləri həyata keçirir.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


