“Putinlə Qarabağı müzakirə etdik” - Paşinyan

“Putinlə Qarabağı müzakirə etdik” - Paşinyan
  22 May 2018    Oxunub:2013
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ problemini də müzakirə edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Erməni baş nazir Putinlə ilk rəsmi görüşünün yüksək vəziyyətə keçdiyini bildirib. O, görüşün təfərrüatına dair əlavə məlumat verməyib.

Qeyd edək ki, Putinlə Paşinyanın görüşü mayın 14-də Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində baş tutub.

AzVision.az



Teqlər: Paşinyan   Putin   Qarabağ  



Xəbər lenti