ABŞ-Şimali Koreya danışıqları pozula bilər
Lakin jurnalistin “Tramp Kim Çen Inla sammitdən imtina edə bilərmi?” sualına Pensin “buna şübhəniz olmasın” cavabını verməsindən belə anlaşılıb ki, ABŞ-ın Şimali Koreya ilə danışıqlar prosesindən imtina etməsinə səbəb olacaq şəraiti Tramp özü də yarada bilər.
Müsahibənin bundan əvvəl yayımlanan hissəsində isə, ABŞ-ın vitse-prezidenti Şimali Koreyaya qarşı hərbi variantın həmişə gündəlikdə olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, “əgər Kim Çen In düşünürsə ki, Donald Trampla oynaya bilər, böyük səhv edir”.
Xatırladaq ki, daha öncə Şimali Koreyanın xarici işlər nazirinin müavini bəyan etmişdi ki, əgər ABŞ və Cənubi Koreya birgə hərbi-hava təlimlərindən imtina etməsələr, Pxenyan Sinqapurdakı sammitdə iştirak etməyəcək
Leyla Elbrusqızı
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


