ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq
  23 May 2018    Oxunub:1113
ABŞ Ermənistana islahatlar üçün 140 milyon dollar yardım ayıra bilər.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Amerikanın Erməni Milli Komitəsinin saytında dərc olunan məktubunda qeyd olunub
Bildirilib ki, rəsmi Vaşinqton “Minilliyin çağırışları” korporasiyasının xətti ilə Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətinə qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır:

“Amma Ermənistan layihədə iştirak etmək üçün ərizə ilə ölkədə baş verən müsbət dəyişikliklər barədə məlumat verməlidir”, - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən dərhal sonra Amerikada fəaliyyət göstərən ən böyük erməni diaspor təşkilatı “Amerika Erməni Milli Komitəsi” (AEMK) ABŞ dövlət katibi Mayk Pompeonu Konqresin Ermənistana 140 milyon dollarlıq qrant ayırması üçün dəstək verməyə çağırıb.

Qrant ermənilərin “Minilliyin çağırışları” korporasiyasına ayrılacaq və guya Ermənistandakı dinc konstitusion keçidin uğurla başa çatması və elmin inkişafına xərclənəcək. AEMK-nin sədri Raffi Hamparyanın Mayk Pompeoya ünvanlanan məktubunda xüsusilə qeyd olunur ki, Ermənistanın bundan sonrakı demokratik inkişafında mərkəzi rol oynayacaq “Minilliyin çağırışları” korporasiyasının fəaliyyəti dəstəklənməlidir və indi hərəkətə keçməyin əsl vaxtıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti