Avropa şirkətləri İranı tərk edəcək
"Ehtimal ki, sanksiyalar bir sıra Avropa şirkətlərinin məcburən, ya da öz istəklərinə uyğun İranı tərk etmələrinə gətirib çıxaracaq", - deyə Merkel bildirib.
O, həmçinin vurğulayıb ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli müştərək fəaliyyət planına hörmət etməyə davam edəcək: "İranla olan nüvə sazişi ideal deyil, amma digər variantlar bundan daha qeyri-stabildir".
Qeyd edək ki, 8 may tarixində ABŞ birtərəfli qaydada İranın nüvə sazişindən çıxdığını və Tehrana qarşı maliyyə və enerji sanksiyalarını bərpa edəcəklərini bəyan edib. Sazişin digər iştirakçıları - Rusiya, Çin, Almaniya, Fransa və Böyük Britaniya Vaşinqtonun bu addımını pisləyərək, Tehranla mövcud anlaşmaya sadiq qalacaqlarını bildiriblər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: sanksiya Merkel İran Avropa ABŞ







Vaxtında, Aydın, Lazımlı!


