Tbilisidə kütləvi etirazlar davam edir

Tbilisidə kütləvi etirazlar davam edir
  02 İyun 2018    Oxunub:2300
Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə etiraz aksiyaları davam edir.

AzVision.az TASS-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.
Aksiyada təxminən 3 minə yaxın adam iştirak edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara müdaxilə etmirlər. Onların əsas tələbi hökumətin istefasıdır. Sakinlər baş nazir istefa verənədək etirazları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu deyirlər. Etirazlara baxmayaraq, baş nazir Georgi Kvirikaşvili istefa verməyəcəyini bəyan edib.

AzVision.az


Teqlər: Tbilisi   Etiraz   Aksiya  



Xəbər lenti