İtaliyanın yeni hökuməti - 18 nazirdən 5-i qadındır

İtaliyanın yeni hökuməti - 18 nazirdən 5-i qadındır
  04 İyun 2018    Oxunub:1658
Bu ilin martın 4-də İtaliyada keçirilmiş seçkilərdə ölkənin baş naziri seçilən Cüzeppe Kontenin rəhbərliyi ilə yeni hökumət formalaşdırılıb.
AzVision.az xəbər verir ki, yeni qurulmuş hökumət 18 nazirdən ibarətdir. Onlardan da 5-i qadındır.

Xatırladaq ki, Cüzeppe Kontenin baş nazir vəzifəsinə namizədliyi İtaliyada parlament seçkilərində qələbə qazanmış avroskeptik, populist və anti-miqrasiya siyasətinə qarşı çıxan partiyalar - “Beş ulduz hərəkatı” və “Şimal liqası” tərəfindən prezident Serxio Mattarellaya təqdim olunub.

“Şimal liqası” və “Beş ulduz” partiyaları Avropanı Azərbaycan qazı ilə təchiz edəcək TAP boru kəmərinin İtaliya hissəsinin çəkilməsinə qarşı keçirilən “No TAP” aksiyalarının təbliğatçılarıdır.

AzVision.az


Teqlər: İtaliya  



Xəbər lenti