“Azərbaycan ABŞ-ın aparıcı tərəfdaşıdır” - Helsinki Komissiyasının sədri
Bəyanatda, həmçinin Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu xüsusi vurğulanıt. Diqqətə çatdırılır ki, 2002-ci ildən Azərbaycan qoşunları Əfqanıstanda xidmət göstər, ABŞ-a və NATO tərəfdaşlarına yadım edir. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit rolu oynadığı, habelə ölkəmizin Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycan hava məkanından istifadəsinə icazə verdiyi vurğulanır.
Bəyanatda dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu bildirilir, ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilir. Sonda isə senator Azərbaycan xalqına öz səmimi təbriklərini çatdırır.
AzVision.az
Teqlər: ABŞ Azərbaycan