Bərbərxanalar üçün yeni standartlar hazırlanıb

Bərbərxanalar üçün yeni standartlar hazırlanıb
  12 Oktyabr 2013    Oxunub:1670
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni standartlar tətbiq edib.
AzVsison.az virtualaz.org - a istinadən xəbər verir ki, Komitədən verilən məlumatda deyilir ki, “nəqliyyat vasitələrinə texniki xidmət və təmir, ümumi təhlükəsizlik tələbləri”, “avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər, xidmət qaydaları”, “məişət xidməti, bərbərxana xidmətləri”, “iş və xidmətlərin sertifikatlaşdırılması”, “informasiya texnologiyaları, biometrik verilənlərin mübadilə formatları”, “barmaq təsviri məlumatı”, “üz təsvirinin verilənləri” dövlət standartları təsdiq edilib.

Xatırladaq ki, dövlət yeni standartları M,N,O kateqoriyalarında olan mexaniki nəqliyyat vasitələrinin bütün texniki xidmətinin, təmirinin təhlükəsizlik qaydalarını müəyyən edir. “Məişət xidməti. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” standartı isə bərbər xidməti həyata keçirən salonlar və burada çalışan işçilərə olan tələbləri əhatə edir.


Teqlər:  





Xəbər lenti