Medvedev İlham Əliyevi təbrik edib

Medvedev İlham Əliyevi təbrik edib
  12 Oktyabr 2013    Oxunub:826
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Sizi prezident seçkilərində qələbə münasibətilə təbrik edirəm.

Seçki kampaniyası bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xəttinizi tamamilə dəstəkləyirlər.

Biz ənənəvi Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti