Avropa İttifaqı Ukraynaya 1 milyard dollar verir
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bəyan edib.
Valdis Dombrovskis, həmçinin vurğulayıb ki, Kiyev korrupsiya ilə mübarizəyə dair üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir.
Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə Antikorrupsiya üzrə Ali Məhkəmənin yaradılmasına dair parlamentin qəbul etdiyi qanunu imzalayıb. Antikorrupsiya üzrə Ali Məhkəmə vəzifəli şəxslərin törətdiyi korrupsiya cinayətləri üzrə işlərə baxacaq.
Xatırladaq ki, 2015-ci ildən Beynəlxalq valyuta Fondu Ukraynaya maliyyə köməyi edir. Antikorrupsiya məhkəməsinin yaradılması Ukraynaya növbəti kredit paketinin verilməsi üçün Beynəlxalq Valyuta Fondunun da Kiyev qarşısında qoyduğu əsas tələblərdən biridir. Dövlət borclarını ödəmək üçün Fondun verəcəyi pullara Ukraynanın böyük ehtiyacı var.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ukrayna Avropaİttifaqı korrupsiya