Türkiyə ABŞ-ın başlatdığı ticarət savaşına qoşuldu
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib.
Qeyd edək ki, ABŞ administrasiyası ölkənin milli təhlükəsizliyini əsas gətirərək, martın 1-dən etibarən bir sıra dövlətlər, o cümlədən Türkiyədən idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Avropa İttifaqı ölkələri, Kanada və Meksikaya qarşı isə eyni tariflər iyunun 1-dən qüvvəyə minib. Vaşinqtonun bu qərarı digər dövlətlərlə, xüsusən də müttəfiqlərilə ticarət savaşına gətirib çıxarıb və qarşı tərəflərdə ciddi narazılıq doğurub. Artıq Avropa İttifaqı və Kanada ABŞ-dan idxal olunan bir sıra məhsullara əks-tariflər tətbiq etmək barədə qərar qəbul ediblər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Türkiyə ticarəttarifi