Avropadan Türkiyəyə təhdid: “Ərdoğan prezident seçilsə...”

Avropadan Türkiyəyə təhdid: “Ərdoğan prezident seçilsə...”
  22 İyun 2018    Oxunub:2155
24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyip Ərdoğan qalib gələrsə, Avropa İttifaqına üzv olmaqla bağlı Ankara ilə aparılan danışıqlara son qoyulacaq.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir xəbərdarlığı Avropa Parlamentinin Almaniyadan olan deputatı, Xristian Demokratlar Birliyi partiyasının üzvü Renate Sommer edib.

“Əgər seçkiləri Ərdoğan qazanarsa, Avropa Parlamenti bu durumda üzvlük müzakirələrinə son qoyulmasını tələb edəcək”, – deyə Sommer təhdid edib. O, həmçinin vurğulayıb ki, Ərdoğanın prezident seçilməsilə Türkiyənin Avropa İttifaqına qoşulması mümkün olmayacaq.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar partiyasının üzvü olan Renate Sommer anti-Türkiyə mövqeyi və Ərdoğana qarşı tənqidi fikirlərilə tanınır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Almaniya   Avropaİttifaqı  





Xəbər lenti