Ermənistanda rus hərbçi öldü

Ermənistanda rus hərbçi öldü
  26 İyun 2018    Oxunub:2068
Ermənistanda baş verən qəzada rusiyalı hərbçi ölüb.

AzVision.az “Shamshyan.com”-a istinadən xəbər verir ki, qəza Gümrü şəhərinin “Uri” alayının yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən “Nissan X Trail” avtomobil yol kənarında dayanan qoşquya çırpılıb. Qəza zamanı sürücü - 22 yaşlı Rusiya vətəndaşı Vladislav Kulakov ölüb.
Onun Gümrüdəki 102-ci rus hərbi bazasında xidmət etdiyi və kiçik serjant rütbəsində olduğu bildirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  



Xəbər lenti