Türkiyə prezidenti, 24 iyun seçkilərində növbəti dəfə qələbə qazanan Rəcəb Tayyip Ərdoğanın Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşü başa çatıb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən gün İstanbulda Türkiyənin prezident üsul-idarəsinə keçidi ilə bağlı Ərdoğanın təşkil etdiyi hökumət toplantısından sonra keçirilən bu görüşdə baş nazir Binəli Yıldırım, həmçinin, Baxçalının müavinləri Semih Yalçın, Celal Adan və Mustafa Kalaycı iştirak ediblər.
Ərdoğanın MHP sədri ilə apardığı 40 dəqiqəlik danışıqlarda hansı məsələlərin müzakirə edildiyi açıqlanmır. Belə ki, görüş ictimaiyyətə qapalı keçirilib.