İrəvanda əsgər anaları, əlil pilotlar etiraz edir
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, həlak olan hərbi qulluqçuların anaları, əlil pilotlar və digər problemi olan vətəndaşlar hökumət binası qarşısında toplaşaraq onlara qarşı edilən haqsızlıqlara etirazlarını bildiriblər.
Ermənistan hökumətinin ənənəvi iclasından əvvəl keçirlən etiraz aksiyası zamanı sakinlər hökumət binasının girişini bağlayıblar. Nəticədə aksiya iştirakçıları ilə rastlaşmamaq üçün nazirlərin böyük əksəriyyəti binaya əsas girişdən yox, ehiyat girişdən daxil olublar.
Alpər Mövludoğlu
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


