Trampla Putinin görüş vaxtı açıqlandı
“Danışıqlar zamanı ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunacaq”, – deyə məlumatda bildirilib.
İkitərəfli sammitdə Putinlə Tramp təkbətək görüş keçirəcək, daha sonra birgə mətbuat konfransında çıxış edib jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edək ki, Trampla Putinin ilk təkbətək görüşü barədə dəqiq razılıq Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun dünən Moskvaya səfəri zamanı əldə edilib. Bolton bilkdirmişdi ki, görüşdə iqtisadi məsələlər də müzakirə oluna bilər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


