Meksika yeni prezidentini seçir

Meksika yeni prezidentini seçir
  01 İyul 2018    Oxunub:1289
Meksikada ümumi seçkilər keçirilir.
AzVision.az xəbər verir ki, meksikalılar eyni vaxtda ölkə prezidentini, senatorları, deputatları, şəhərlərin merlərini seçirlər.

Milli Seçki İnstitutunun məlumatına görə, seçkili vəzifələrin ümumi sayı 18,3 mindir. Onlardan 3,4 mini mühüm post hesab olunur. Ölkədə 89,3 milyon nəfər seçki hüququna malikdir. Səsvermə günü 157 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Meksika qanunvericiliyinə əsasən, ölkə prezidenti sadə səs çoxluğu ilə 6 il müddətinə seçilir. Eyni şəxs ikinci müddətə seçilə bilməz. Yeni dövlət başçısı səlahiyyətlərinin icrasına bu il dekabrın 1-də başlayacaq. Prezident postuna dörd namizəd iddia edir.

AzVision.az


Teqlər: Meksika   Seçki  





Xəbər lenti