Putin Trampla Krımı müzakirə etmək istəmir
AzVision.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya prezidenti öz həmsöhbətlərinə dəfələrlə bəyan və izah edib ki, Krım məsələsi danışıqların gündəliyində ola bilməz və heç zaman da olmayacaq. Çünki Krım Rusiyanın ayrılmaz tərkib hissəsidir”.
Kremlin rəsmisi əlavə edib ki, ikitərəfli münasibətlərdəki bütün digər mövzular isə konsensus və müzakirələr tələb edən, mümkün təmas nöqtələrinin axtarılmasına yönələn məsələlərdir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqlar zamanı ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran müzakirə olunacaq.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Rusiya Krım Helsinki sammit







Vaxtında, Aydın, Lazımlı!


