“Beşlik ölkələri” nüvə toplantısı keçiriləcək

“Beşlik ölkələri” nüvə toplantısı keçiriləcək
  03 İyul 2018    Oxunub:5526
İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planının hazırkı iştirakçı ölkələri – Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin xarici işlər nazirləri iyulun 6-da Avstriyanın paytaxtı Vyanada bir araya gələcəklər.

AzVision.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, görüşün təşəbbüskarı rəsmi Tehrandır.
Məlumatda bildirilib ki, “beşlik ölkələri” və İranın xarici işlər naziri ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra İranla nüvə sazişi üzrə işlərin davam etdirilməsinə dəstək məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İranın “beşlik ölkələri”nin xarici işlər nazirlərindən ibarət birgə komissiyasının yaradılması istəyinin olduğunu bəyan etmişdi.

“Beşlik ölkələri” və xüsusən də onun tərkibindəki “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa, Almaniya) 8 mayda ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan və sanksiyiaların bərpasını elan etdikdən sonra nüvə sazişində qalmaqla İranın zərərlə üzləşməyəcəyinə dair qarant verən ölkələrdir. Lakin 30 iyunda İran XİN bəyan edib ki, Avropa ölkələri nüvə sazişinə dəstəklə bağlı təklif paketini hələ də Tehrana təqdim etməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   nüvə  



Xəbər lenti