Fərhad Əliyev: `Prezidentə həmişə sadiq olmuşam`

Fərhad Əliyev: `Prezidentə həmişə sadiq olmuşam`
  15 Oktyabr 2013    Oxunub:1039
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisində artıq 19 nəfər məhkum əfv fərmanı əsasında azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, əfv olunanlar arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev də var.

Sabiq nazir jurnalistlərə açıqlamasında bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, cənab prezidentə sadiq qalacaq:

"Cənab prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub.
Ona görə də həbs olunmamışdan əvvəl də, həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına bu gün səhərdən başlayıb.

Əfv sərəncamı 153 nəfərə şamil olunub. Onlardan 134 nəfəri azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.


Teqlər:  





Xəbər lenti