Ermənistan Rusiyasız bir heçdir! - Rəsmi İrəvandan etiraf
AzVision.az xəbər verir ki, bu barədə Avropa turnesini başa vuran Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan “EU Observer”ə müsahibəsində deyib.
“Bu gün Ermənistanın təhlükəsizliyini Rusiya təmin edir. Bu cür köməyi göstərməyə hazır olan başqası varmı? NATO-nun üzvü olmaq istəyən ölkələrə (Gürcüstan və Ukrayna) baxın. Onlar 10 ildir ki, növbədə dayanıblar. Amma biz təhlükəsizlik vakuumunda (boşluq) hətta 10 dəqiqə belə qalmağı gözə ala bilmərik. Azərbaycan və Türkiyə 27 ildir ki, Ermənistanı blokadada saxlayırlar. Bu, bizim təhlükəsizliyimiz üçün həyati təhdidlər yaradır", - deyə Ermənistan xarici işlər naziri vuğulayıb.
Qeyd edək ki, erməni və rus mediasında baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhəddindən çıxaracağı və ölkə sərhədlərinə nəzarəti daxili qoşunlara həvalə edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Rusiya NATO







Vaxtında, Aydın, Lazımlı!


