İrəvandan nazirlərin görüşü ilə bağlı açıqlama

İrəvandan nazirlərin görüşü ilə bağlı açıqlama
  06 İyul 2018    Oxunub:3630
AzVision.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıqla bağlı yayılan məlumatları şərh edib.
“Əgər görüşün keçirilmə vaxtı və məkanına dair yekun razılıq əldə olunarsa, bu barədə biz əvvəlcədən məlumat verəcəyik.” – deyə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bildirib. Həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq, vasitəçilər hələlik münaqişə ilə bağlı hər hansı açıq bəyanatlar verməkdən çəkinirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Minskqrupu  



Xəbər lenti