İspaniyada erməni mafiyasına qarşı əməliyyat

İspaniyada erməni mafiyasına qarşı əməliyyat
  06 İyul 2018    Oxunub:4663
İspaniyada erməni mafiyasına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə İspaniya milli polisinin nümayəndələri bildiriblər. Qeyd edilib ki, əməliyyatlar iyunun 26-da başlayıb və 129 nəfər saxlanılıb.
İspaniyanın müxtəlif şəhərlərində 74 axtarış keçirilib. Saxlanılanlar barədə korrupsiya, şantaj, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, narkotik ticarəti, saxta sənədlərin və saxta pulların hazırlanması və digər ittihamlar irəli sürülüb.

Bundan başqa, erməni mafiyasının üzvləri avtomobilləri bir ölkədən digərinə keçirib, sənədləri dəyişərək satışa çıxarıblar. Axtarışlar zamanı 100 min avro pul, silah-sursat, qiymətli metalların əridilməsi üçün avadanlıq və çoxlu sayda tütün və narkotik vasitələr aşkar edilib.

AzVision.az


Teqlər: İspaniya   Mafiya  



Xəbər lenti