İranda terror törədən 8 nəfər edam edilib

İranda terror törədən 8 nəfər edam edilib
  07 İyul 2018    Oxunub:6013
İranda ötən il parlamentə və imam Ruhulla Musəvi Xomeyni məqbərəsinə hücumda təqsirləndirilən 8 terrorçu edam edilib.
AzVision.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Edam barədə hökm birinci instansiya məhkəmə tərəfindən 13 mayda çıxarılıb. 11 iyunda isə məhkəmənin qərarı İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Məhkəmənin hökmü ilə terrorçular edam edilib.

Xatırladaq ki, 2017-ci ilin 7 iyununda silahlı terrorçular İranın paytaxtı Tehranda ardıcıl teraktlar törətmişdi. İki terrorçu qrupu İran parlamentinin binasına və imam Xomeyni məqbərəsinə hücum etmişdilər. Hücumlar nəticəsində 17 nəfər ölmüş, 46 insan isə yaralanmışdı. Teraktlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İŞİD   edam  





Xəbər lenti