Ərdoğan bu gün and içəcək

Ərdoğan bu gün and içəcək
  09 İyul 2018    Oxunub:2139
Türkiyədə 24 iyun tarixində baş tutan prezident seçkilərində qalib gələn Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçiriləcək.
AzVision.az xəbər verir ki, mərasim Bakı vaxtilə 17:30-da başlayacaq. Tədbirə 22 ölkənin dövlət, hökumət və parlament rəhbərləri, o cümlədən yerli və xarici qonaqlar qatılacaq.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində Ərdoğan qalib gəlib. O, 52,55 faiz səs toplayaraq növbəti müddətə prezident seçilib.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan  



Xəbər lenti