Gürcüstanda daha 3 nazir işdən çıxarılır
Elm, təhsil və mədəniyyət naziri vəzifəsinə Biznes Universitetinin rektoru Mixail Batiaşvilinin gətiriləcəyi bildirilir. Hazırkı nazir Mixail Çxenkeli isə onun müavini ola bilər.
İqtisadiyyat və davamlı inkişaf naziri postunu isə Georgi Kobuliyanın tutacağı gözlənilir. G.Kobuliya Rusiyada özəl sektorda bizneslə məşğul olub.
Maliyyə naziri vəzifəsinə isə “Gürcüstan Bank”ın sabiq baş direktoru Arçil Qaçeçiladzenin təyin olunacağı gözlənilir. Hökumətin yeni tərkibi bu həftənin sonuna məlum olacaq.
İyulun 11-də isə Baş nazir Mamuka Baxtadze ilə parlamentin çoxluğu arasında yeni hökumətlə bağlı sonuncu məsləhətləşmələr aparılacaq. (AzərTAc)
AzVision.az
Teqlər: Gürcüstan