Moskva ilə Afina arasında diplomatik qalmaqal
Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andrey Klimov isə bəyan edib ki, Moskva Afinaya adekvat cavab verməsə, öz diplomatlarının təhlükəsizliyini təmin edə bilməz.
“Rusiya Yunanıstanı heç vaxt özünün Avropadakı müttəfiqi, yaxud tərəfdaşı hesab etməyib. Yunanıstan NATO-ya daxildir və təkcə bunun özü artıq kifayətdir”, - deyə Klimov vurğulayıb.
Qeyd edək ki, bu gün Yunanıstanın “Kathimerini” qəzeti Afinanın 2 rus diplomatını ölkədən çıxarması, daha ikisinin isə Yunanıstana girişinə qadağa qoyması ilə bağlı xəbər verib. Səbəb kimi isə, onların Yunanıstan milli təhlükəsizliyi əleyhinə qanunsuz fəaliyyəti göstərilib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Rusiya Yunanıstan