Pentaqon gizli layihəyə milyonlar xərclədi – Yeni tip ordu hazırlanır? (VİDEO)
DIUx Google şirkəti tərəfindən icarəyə götürülən “Moffett Field”dəki hərbi-mülki hava limanının yaxınlığında yerləşir və ABŞ ordusuna üstünlüklər, yeniliklər qazandıracaq texnologiyaların axtarışı üçün Pentaqon tərəfindən həyata keçirilən böyük proqramın bir hissəsidir. DIUx həmçinin, kommersiya məqsədilə də tədqiqat və sınaqlar aparır.
Lakin “The Guardian” qəzeti bildirir ki, nə “Kitty Hawk”, nə də ki “Joby Aviation” Pentaqonun bu məxfi hərbi investisiyası barədə informasiya açıqlayır.
Qəzetin məlumatına əsasən, 2017-ci ildə DIUx “Joby Aviation”a 970 min dollar, “Kitty Hawk”a isə bir milyon dollar verib. “Joby Aviation” həmçinin, tamamilə elektriklə işləyən uçan taksilərin hazırlanması üçün "Toyota" və "Intel" şirkətlərindən ümumilikdə 100 milyon dollar alıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Pentaqon uçanmaşın