Pilotlar uçuş zamanı dalaşdılar

Pilotlar uçuş zamanı dalaşdılar
  26 İyul 2018    Oxunub:6897
İraqda “Iraqi Airways” şirkətinin iki pilotu uçuş zamanı dalaşdıqlarına görə işdən uzaqlaşdırılıb.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, təyyarə 11 km yüksəklikdə olduğu zaman pilotlar arasında insident baş verib. Nəticədə hər iki polit dalaşmağa başlayıb. Onları yalnız mühafizəçilərin köməkliyi ilə ayırmaq mümkün olub.

Təyyarənin göyərtəsində 150 sərnişin olub. Hazırda nəqliyyat nazirliyi faktla bağlı araşdırma aparır. Qeyd olunub ki, təyyarənin kabinəsinə ciddi ziyan dəyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İraq   Pilot  



Xəbər lenti