Ermənistanda daha bir vəzifəli şəxs istintaqa çağırıldı

Ermənistanda daha bir vəzifəli şəxs istintaqa çağırıldı
  27 İyul 2018    Oxunub:7326
Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri hazırda “Ardşinbank”-ın rəhbəri Armen Gevorkyan Xüsusi İstintaq Komitəsinə dəvət edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi İstintaq Komitəsinin mətbuat katibi Marina Ohancanyan deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti