Azərbaycan-Ermənistan prezidentləri görüşə bilər

Azərbaycan-Ermənistan prezidentləri görüşə bilər
  18 Oktyabr 2013    Oxunub:881
ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın əvəllərində regiona növbəti dəfə səfər edəcəklər


ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti dəfə noyabrın əvvəllərində səfər edəcəklər. Vasitəçilər regiona noyabrın ilk həftəsində gələcəklər. Həmsədrlər səfərlərinə Bakıdan başlayacaq, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər. Bakıdan sonra isə onlar İrəvana yollanacaqlar.

Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.

Qeyd edək ki, vasitəçilər prezidentlərə görüş təklifi etmək niyyətindədirlər. Lakin hər şey tərəflərdən asılıdır. Tərəflər razılıq verəcəyi təqdirdə, görüş noyabrın sonlarında baş tuta bilər.


Teqlər:  





Xəbər lenti