Vitse-spiker: "DTİHB ilə əməkdaşlığa yenidən baxılmalıdır"

Vitse-spiker: "DTİHB ilə əməkdaşlığa yenidən baxılmalıdır"
  18 Oktyabr 2013    Oxunub:1665
“ATƏT-in Parlament Assambleyasının (PA) payız sessiyasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyasının rəhbəri Doris Barnett çıxış edərək, D.Barnet nəticə etibarilə ATƏT/DTİHB ilə işləməyin çox çətin olduğunu vurğulayıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova YAP-ın saytına müsahibəsində deyib.

“Yalnız faktlar əsasında münasibət bildirməyə üstünlük verdiyini deyən Barnett bildirib ki, istər Bakıda, istərsə də regionlarda seçkilər çox yüksək əhval-ruhiyyədə keçdiyinin, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub. Bununla yanaşı, namizədlərin çoxluğu, mətbuatda fikirlərin işıqlandırılması, televiziyadakı debatlar və çoxsaylı müşahidəçilərin iştirakı da müsbət cəhətlərdir. Hər hansı nöqsanlar olsa belə, onlar seçki prosesini kölgədə qoyacaq, nəticələri şübhə altına alacaq səviyyədə olmayıb” – deyə B.Muradova bildirib.

Onun sözlərinə görə, müşahidə missiyalarının əlaqələndiricisi Mişel Vuazen isə çıxışında Azərbaycanda seçkilər ərəfəsində hökumət rəsmiləri və namizədlərin seçki qərargahlarının nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsində müvafiq dövlət qurumlarının namizədlərə hər cür şərait yaratdığının şahidi olduğunu söyləyib: “O, həmçinin, ATƏT PA-nın ATƏT/DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxılmalı olduğunu vurğulayıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti