Bir sərnişinə görə 330-a yaxın reys təxirə salındı

Bir sərnişinə görə 330-a yaxın reys təxirə salındı
  30 İyul 2018    Oxunub:4377
Münxen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb, nəticədə 330-a yaxın reys təxirə salınıb.
Xarici KİV-lərin məlumatına görə, sərnişinlərdən biri lazımi yoxlamadan keçməyərək təhlükəsizlik zonasına daxil olub. Təhlükəsizlik xidməti buna reaksiya verməyib.

Cənubi Bavariyanın aviasiya qurumu bu barədə məlumat əldə edən kimi polis çağırıb, terminal boşaldılıb və yeddi saat bağlı qalıb. Bu hadisəyə görə təxminən 700 sərnişin aeroportda gecələyib.

AzVision.az


Teqlər: Aeroport  



Xəbər lenti