Aİ İraqa qarşı sanksiyaları ləğv etdi

Aİ İraqa qarşı sanksiyaları ləğv etdi
  30 İyul 2018    Oxunub:3509
Avropa İttifaqı (Aİ) İraqın qida məhsulları və tütün istehsalı sahəsində faəliyyət göstərən 4 şirkətinə qarşı sanksiyaları ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda deyilir. Sənəddə bildirilir ki, “Iraqi tobacco state establishment” tütün istehsal edən şirkəti, şəkər istehsalı ilə məşğul olan “Mosul sugar state company”, həmçinin, süd məhsulları və bitki yağları istehsal edən 2 dövlət müəssisəsi İraqa qarşı sanksiyalar siyahısından çıxarılıb.

Qeyd edək ki, Aİ Şurası 2003-cü ildə İraqa qarşı bir sıra iqtisadi və maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan qətnamə edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Avropaİttifaqı   sanksiya  



Xəbər lenti