Çində israfçılıq edən 36 618 məmur cəzalandırılıb

Çində israfçılıq edən 36 618 məmur cəzalandırılıb
  31 İyul 2018    Oxunub:3499
Bu ilin ilk yarımilində Çində 36 618 dövlət məmuru israf haqqında qanunu pozduğuna görə cəzalandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb. Cəzalandırılan dövlət məmurlarının lüks hədiyyələr qəbul etdiyi, ictimai nəqliyyatı yersiz istifadə etdiyi bildirilir. Məmurlara tətbiq olunan cəza üsulları isə açıqlanmayıb.

Qeyd edək ki, Çin son 6 ildə israf haqqında qanun çərçivəsində ciddi mübarizə aparır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Çin  



Xəbər lenti