Meksikada təyyarə qəzası: 98 nəfər yaralanıb

Meksikada təyyarə qəzası: 98 nəfər yaralanıb
  01 Avqust 2018    Oxunub:2472
Meksikanın Duranqo ştatında “Aeromexico” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində 98 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə Quadulupe Viktoriya adına beynəlxalq hava limanının yaxınlığında baş verib. Embraer 190 təyyarəsi uçma-enmə zolağından təxminən 300 metr aralıda yerə çırpılıb. Qəfil şiddətlənən küləyin hadisəyə səbəb olduğu deyilir.

Qəza nəticəsində ölən olmayıb. Təyyarənin göyərtəsində 103 nəfər olub.

AzVision.az


Teqlər: Təyyarə   Qəza   Meksika  



Xəbər lenti