5 ayda Ermənistan əhalisinin sayı xeyli azalıb
Hesabata əsasən, Ermənistanın daimi əhalisinin 2018-ci ilin 1 iyul tarixinə olan rəsmi sayı 2 milyon 969 min 800 nəfər təşkil edir. 2017-ci ilin analoji tarixində isə bu say 2 milyon 979 min 900 nəfər olub.
Rəsmi statistikaya görə, respublika üzrə şəhər əhalisinin sayı 3600 nəfər azalıb. Ermənistanın onsuz da az məskunlaşmış kəndlərində isə vəziyyət daha ciddir – ölkə üzrə kəndlərdə əhalinin daimi sayı daha 6500 nəfər azalıb. Bu azalmaların səbəbi isə əhalinin ölkəni birdəfəflik tərk etməsidir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan İrəvan əhalisayı







Vaxtında, Aydın, Lazımlı!


