Erməni hərbçi qəzaya düşdü, ağır yaralandı

Erməni hərbçi qəzaya düşdü, ağır yaralandı
  01 Avqust 2018    Oxunub:2906
Ermənistanda baş verən ağır yol qəzasında daha bir hərbçi yaralanıb.

AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Sünik rayonu, İrəvan-Mehri şosesinin 224-cü kilometrliyində “Opel Astra” markalı avtomobil yolun hərəkət zolağından kənara çıxaraq bir neçə dəfə çevrilib və açıq sahəyə düşüb.
Qəza nəticəsində ciddi bədən xəsarətləri alan sürücü - 28 yaşlı X.Andranik Gorusdakı tibb mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunub ki, X.Andranik Ermənistan ordusunun “N” saylı məntəqəsinin hərbi qulluqçusudur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ordu   qəza  



Xəbər lenti