Rusiya Ermənistana silah tədarükünü davam etdirəcək

Rusiya Ermənistana silah tədarükünü davam etdirəcək
  03 Avqust 2018    Oxunub:3831
Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Ermənistan-Rusiya hərbi əməkdaşlığında yaranan müəyyən problemlər və Moskvanın İrəvana silah satışını dayandıra biləcəyilə bağlı KİV-də yayılan məlumatları təkzib edib.
AzVision.az xəbər verir ki, İrəvanda səfərdə olan Fomin jurnalistlərin silah satışı barədə sualını cavablandırarkən “bu informasiyalar yanlışdır, hər şey öz qaydasında işləyir” deyib.

Qeyd edək ki, Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Moskva ilə İrəvan arasındakı gərginliyin silah satışı ilə bağlı razılaşmalara mənfi təsir göstərə biləcəyini yazmışdı. Belə ki, müdafiə sənayesi üzrə ixtisaslaşan hərbi müəssisələrin top-menecerləri Rusiyanın Ermənistana vermək istədiyi 100 milyon dollar məbləğindəki ikinci silah paketinin böyük sual altında olduğunu bildiriblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  



Xəbər lenti