“BQXK-nın nümayəndələri iyul və avqustda Azərbaycanda əsir olan erməni vətəndaşlarını, o cümlədən, bu yaxınlarda həbs olunan Karen Kazaryana baş çəkiblər. Mandatlarına uyğun olaraq, BQXK-nın nümayəndələrinin missiyası əsirlərlə davranış və onların saxlanma şəraiti ilə tanış olmaq, həmçinin qohumları ilə əlaqə saxlanılmasına kömək etməkdir”, – deyə Ter-Akopyan bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda əsir götürülən 3 Ermənistan vətəndaşı var - Arsen Baqdasaryan, Zaver Karapetyan və Karen Kazaryan. Onların hər biri Ermənistan Silahlı Qüvələrinin kəşfiyyat-diversiya məqsədilə qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən ələ keçirilən zabitləridir. Arsen Baqdasaryana təmas xəttində törətdiyi cinayət əməlinə görə məhkəmənin 2015-ci ildə çıxardğı qərarla 15 il həbs cəzası verilib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


