Məsciddə terror: 25 ölü, 33 yaralı var

Məsciddə terror: 25 ölü, 33 yaralı var
  03 Avqust 2018    Oxunub:4756
Əfqanıstanın Hardez şəhərindəki məscidə edilən terror hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb. 33 nəfər yaralanıb.
AzVision.az bildirir ki, bu barədə "Tolo Newsсо" telekanalı yerli icra orqanlarına istinadən xəbər verib.

Qeyd edək ki, 2 nəfər terrorçu-kamikadze Əfqanıstanın Paktiya əyalətindəki Hardez şəhərində yerləşən məscidə girərək özlərini partladıblar. Terakt zamanı məscidin binasında ibadət edən azı 600 insanın olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, partlayış nəticəsində ölənlərin sayı göstərilən rəqəmlərdən daha çoxdur.

Məscidə edilən hücuma görə hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   terror  



Xəbər lenti