Erməni məmurun oğlu əsgərlikdən yayınıb

Erməni məmurun oğlu əsgərlikdən yayınıb
  04 Avqust 2018    Oxunub:5174
Ermənistanın Sünik əyalətinin keçmiş qubernatoru Surik Xaçatryanın 22 yaşlı oğlu Trdat Xaçatryana hərbi xidmətdən yayınmaq məqsədilə sənədləri saxtalaşdırmaqla bağlı ittiham irəli sürülüb.
AzVision.az bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, hazırda Trdat Xaçatryan psixiatrik klinikaların birində ekspertizadan keçirilir. Orduda xidmətdən yayınmasına görə o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ordu  





Xəbər lenti