Moskvadan Gürcüstana NATO xəbərdarlığı
“Bu (Gürcüstanın NATO-ya üzvlüyü - red.), dəhşətli münaqişəni alovlandıra bilər. Aydın deyil ki, bu, nəyə lazımdır.” – deyə, Medvedev vurğulayıb. O, həmçinin əlavə edib ki, Gürcüstandakı 2008-ci il silahlı müharibəsi baş verməyə bilərdi: “Heç bir qaçılmazlıq yox idi.”
Xatırladaq ki, iyulda NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin Gürcüstanı NATO-ya qəbul etməyə hazır olduqlarını bəyan edib. Lakin Cənubi Qafqaz ölkəsinin nə zaman NATO-nun tamhüquqlu üzvünə çevriləcəyini isə bildirməyib.
Leyla Elbrusqızı
AzVision.az